"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lahıcda “Mərasim evi”nın açılışı keçirilib

--2016-05-13 / 23:23

ismayıllı rayonun Lahic qəsəbəsində “Mərasim evi”nin açılışı keçirilib.

Lahic bələdiyyəsinin təklifi ilə bələdiyyənin inzibati ərazisində inşa edilən “Mərasim evi”nin açılışında ismayıllı Rayon icra Hakmiyyətinin Başçısı Mirdamət Sadıqov və rayonun digər məsul vəzifəli şəxsləri iştirak edib.

Xeyriyyəçi şəxsin maliyyə dəstəyi ilə inşa edilən “Mərasim evində” xidmətlər pulsuz olacaq və burada həm toy, həmdə yas mərasimləri keçiriləcəkdir.

imkanlı şəxslərin yerlərdə belə xidmət sahələrinin yaradılması ismayıllı rayonunda artıq ənənəyə çevrilməkdədir.

Bələdiyyə sədri, əməkdar müəllim Rövşən əliyevin Belediyye.infoya  verdiyi məlumata görə, bələdiyyə AzGiL təşkilatıyla da əməkdaşlıq əlaqələri qurub.

Ancaq ilk dəfədir ki, bələdiyyəmiz yerli  "Lahic" icmasiyla birgə belə bir layihənin icrasına maliyyə dəstəyi vermək təklifiylə rayonun iş adamlarına, o cümlədən “ismayıllı rayonunun inkişafı” ictimai Birliyinə müraciət ünvanlayıb. 

Göründüyü kimi, bəyənilən təkiflə bağlı bir müddət öncə başlanan işlərə artıq yekun vurulub.

Belediyye.info

  

ŞƏRHLƏR